Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunur - FOTOLAR

23 Yanvar 2020 13:01 (UTC+04:00)

Yanvarın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edir. SİA-nın məlumatına görə, İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir.

Görüşlər zamanı turizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılır.



Yanvarın 26-dək davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barəsində təqdimatlar edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər təşkil olunur.



Qeyd edək ki, 2019-cu ildə “FITUR” sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.