Tramp rekord vurdu

23 Yanvar 2020 12:28 (UTC+04:00)

Tramp gün ərzində tvitlərin sayına görə rekord vurub. SİA İnterfaksa istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin sosial şəbəkələrdəki fəaliyyətini izləyən Factbase resursu məlumat yayıb.

Məlumata görə, yanvarın 22-də ABŞ prezidenti Donald Tramp 142 mesaj yazaraq, prezidentlik dövründəki tvitlərin sayına görə rekord vurub.Bundan əvvəlki rekord isə 12 dekabr 2019-cu ildə qeydə alınıb. Trampın şəxsi mütləq rekordu 162 tvitlə, hələ prezident olmadığı dövrdə, 5 yanvar 2015-ci ildə də qeydə alınıb.
Xatırdadaq ki, Tramp, twitter hesabını 2009-cu ilin mart ayında açıb. İndi onun 71,4 milyon abunəçisi var. Bu ünsiyyət üsuluna həvəsli olmadığını deyən ABŞ prezidenti, mediaya getmədən seçicilərlə birbaşa ünsiyyət qura biləcəyi üçün bunu etməli olduğunu qeyd edib.