İraqın Tiqrit şəhərində silahlı şəxslər şəhər məclisinin binasına basqın edərək içəridəkiləri girov götürüblər.
SİA-nın xəbərinə görə, basqında ən azı 10 nəfərin öldüyü açıqlanıb.
Hərbi geyimli silahlıların basqın etdiyi binada yerli siyasətçilərlə yanaşı məmurların da olduğu bildirilib.
Üzərində partlayıcı maddə olduğu güman edilən silahlıların ikinci mərtəbəyə nəzarəti tamamən ələ keçirdikləri və binanı mühasirəyə alan təhlükəsizlik qüvvələrinə atəç açdıqları qeyd edilib.
İraq polisi və kəşfiyyat mənbələri binada neçə nəfərin girov saxlandığının hələ məlum olmadığını açıqlayıb.
Basqın zamanı binada olduğu güman edilən 3 siyasətçi ilə əlaqə qurmaq mümkün olmayıb.
Tiqritdə bu olayla əlaqədar olaraq küçəyə çıxma qadağası elan edilib.