Azərbaycan millisi "Alanyaspor"a qalib gəlib

23 Yanvar 2020 11:53 (UTC+04:00)

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

SİA-nın məlumatına görə, rəqib “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası olub.

Qarşılaşma Samir Əliyevin baş məşqçi olduğu kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda yığmanın digər qollarını Elçin Qasımov və Balamirzə Sultanov vurub.

Qeyd edək ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.