Hava Limanı bağlandı

23 Yanvar 2020 11:51 (UTC+04:00)

Avstraliya Paytaxtında Hava Limanı meşə yanğınları səbəbiylə bağlanıb. SİA xəbər verir ki, Kanberra yaxınlığında baş verən meşə yanğınları Avstraliya hakimiyyətini cümə axşamı sərnişin uçuşları üçün paytaxt hava limanını müvəqqəti bağlamağa məcbur edib.
Məlumata görə bu tədbir, yanğının söndürülməsində iştirak edən təyyarələr üçün hava limanının və uçuş zolaqlarının istifadəsinə şərait yaradacaq.
Xatırladırıq ki, havanın yüksək temperaturu və güclü külək ölkənin şərqindəki bir neçə ərazidə yeni yanğınların yaranmasına səbəb olub. Fövqəladə Hallar Agentliyinin paytaxt bölgəsi, hava limanının cənubundakı nəzarətsiz yanğının, şəhərətrafı üç bölgənin sakinləri üçün birbaşa təhlükə yaratdığını bildirib.
"Yanğın birbaşa paylama yolu boyunca həyat üçün təhlükə yarada bilər. Bu şəhərətrafı ərazilərdəki insanlar təhlükə altındadır və yanğın yaxınlaşdıqda dərhal sığınacaq axtarmalıdırlar", deyə agentliyin açıqlamasında bildirilir.
Onu da diqqətə çatdıraq ki, keçən ilin sentyabr ayından bəri Avstraliya, əhaliyə, flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb.