Dünyanı sarsıdan virusun mənbəyi aşkarlandı: yarasa şorbası

23 Yanvar 2020 11:43 (UTC+04:00)

Çinin Uhan şəhərində meydana gələn koronavirusa yoluxan insanlardan artıq 17 nəfər ölüb. Çində yanvarın 25-də qeyd ediləcək yeni il bayramı ilə əlaqədar milyonlarla insanın xaricə səyahət etməsi gözlənilir. Buna görə də dünyada böyük bir çaxnaşma var.
Virusun necə ortaya çıxdığı haqqında dəqiq məlumat yoxdur. Lakin SİA-nın “China Science Bulletin” qəzetində yayımlanan məqaləyə əsasən verdiyi məlumata görə, bu virusa yarasalarda rast gəlindiyi məlum olub. İnsanların isə bu xəstəliyə Çinin Uhan şəhərindəki məşhur yarasa şorbasından yoluxduğu güman edilir.
Çinin 22 fərqli bölgəsində hadisə ilə bağlı ümumilikdə 552 müraciət qeydə alınıb. Lakin bu xəstəliyə yoluxanların sayının daha çox olduğu ehtimal edilir.

Mirqəmər Mənsimova