Bakıda 2 otaqlı ev yandı

23 Yanvar 2020 11:09 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında mebel dəsti yanıb, yüksək temperaturdan digər otaqda kondisioner əriyib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.