Xaçmazda YAP namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir

22 Yanvar 2020 19:52 (UTC+04:00)

YAP Xaçmaz rayon təşkilatı 9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovla mədəniyyət işçiləri, Hülövlü, Qaradağlı, Mehrəliqışlaq, Qaradağbuduq, Qobuqıraq, Rəhimoba kənd seçiciləri ilə görüşləri keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq, 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının, ilk gündən gözlənildiyi kimi, uğurlu olduğunu söyləyib. A.Heydərov Yeni Azərbaycan Partiyasının 55 saylı Xaçmaz kənd Seçki Dairəsindən Milli Məclisə namizədi Eldəniz Adil oğlu Səlimovun həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib və YAP-ın Milli Məclisə irəli sürdüyü namizədin, göstərilən etimadı, yüksək səviyyədə doğruldacağına əminliyini bildirib.

Görüşdə Nazim Ağayev, Telnaz Adıgözəlova, Fərid Musayev, Elmira Bağırova, Pakizə Mehdiyeva, Könül Əsgərova və başqaları çıxış edərək, Mahmud Abdullayev, Fatma Fərzəliyeva, Nəsrəddin Osmanov, Vaqif Səlimov və başqaları çıxış edərək, deputatlığa namizəd kimi Eldəniz Səlimovun müsbət şəxsi keyfiyyətlərinin olduğunu vurğulayaraq və seçki günü hamılıqla partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

Sonra çıxış edən YAP-ın 55 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizəd Eldəniz Adil oğlu Səlimovun platforması barədə danışıb. O, kənd sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. Görüş iştirakçıları isə, mövcud problemlər barədə namizədə məlumat verib və təkliflər irəli sürüblər.

Sonda görüşdən razı qalan sakinlər namizədin çıxışını böyük maraq və rəğbətlə qarşılayıblar və Yeni Azərbaycan Partiyasının namizədi Eldəniz Adil oğlu Səlimovu dəstəkləyəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI