Ankara Liviyanın gələcəyini müzakirə edir

30 Mart 2011 09:51 (UTC+04:00)

Liviyada böhrana çevrilən üsyan ölkənin gələcəyinə dair narahatlıqları artırır.

SİA-nın xəbərinə görə, Türkiyə artıq bu istiqamətdə fəaliyyətə başlayıb. Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə bir həftədir Liviyanın siyasi gələcəyinə dair müzakirələr aparır. Ölkədə yaşanan böhrandan sonra sabitliyinb təmin olunması üçün yol xəritəsinin hazırlandığı bildirilir.

Bu yol xəritəsi ilə bağlı ABŞ-la da müzakirələr aparılır.

Türkiyə bu mərhələdə yol xəritəsini hər hansı ölkə və ya təşkilata təqdim etməyi planlaşdırmır, ancaq Liviyada sabitliyin təmin olunması üçün bütün tərəflərlə fikir mübadiləsini davam etdirir. Yol xəritəsinin son variantının yaxın günlərdə hazır olacağı bildirilir.