YAP namizədlərinin təbliğat kampaniyası uğurla davam edir

22 Yanvar 2020 20:35 (UTC+04:00)

YAP tərəfindən namizədliyi irəli sürülən 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində qeydə alınmış deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayon Kərimli və Qarabaldır kəndində sakinlərlə, günün ikinci yarısında isə Bayan kəndində kənd ictimaiyyəti və seçicilərlə qarşılıqlı fikir mübadiləsi şəraitində səmimi görüş keçirib.

Görüşdə Aqiyə Naxçıvanlı və təbliğat-təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, namzədin vəkilləri Emin Əzimli, Elşən Alcansoy, rayon ağsaqqallar şurasının sədri Cumayev Cuma və kənd ağsaqqalı Xalid Babayev iştirak ediblər. Görüş zamanı millət vəkili olduğu zaman Aqiyə Naxçıvanlı tərəfindən görülmüş və görüləcək işlərdən, dövlət siyasətindən, aparılan islahatlardan danışıldı, sakinlərin fikirləri, təklif və problemləri dinlənilərək, qeydə alınıb.

R.HÜSEYNOVA