Yaşayış binasında yanğın

23 Yanvar 2020 11:24 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə və dolab 4 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.