Yeni virusa yoluxanların sayı 571 nəfərə çatıb

23 Yanvar 2020 10:44 (UTC+04:00)

Çində kəskin tənəffüs sindromu əlamətləri ilə oxşarlığı olan yeni koronavirus tiplərinə yoluxanların sayı 571 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu günə qədər bu virusdan həyatını itirənlərin sayı 17-yə çatıb.
Çin Səhiyyə Komissiyasının verdiyi məlumata görə, ölkənin 25 fərqli əyalətində və şəhərində yeni koronavirusa yoluxmuş 95 nəfər insanın vəziyyətlərinin ağır olduğu bildirilib. Qeyd edək ki, bu virusa yoluxmuş insanlarla təmasa girən 5 min 897 adamdan 4 min 928-i nəzarət altına alınıb.

Vurğulayaq ki, ABŞ, Yaponiya, Cənubi Koreyada 1 nəfər və Taylanda 3 nəfərdə bu virus aşkar edilib.