Ordu 8 əsgərini itirdi 20-ə yaxın əsgər yaralanıb

23 Yanvar 2020 10:31 (UTC+04:00)

Yanvarın 22-də Suriyanın İdlib əyalətində radikal qruplaşmaların hücumu nəticəsində ordu 8 əsgərini itirib və 20-ə yaxın əsgər yaralanıb. SİA-nın xarici mətbuata istinadəh verdiyi məlumata görə, ötən gün “Ən-Nusra Cəbhəsi”nə tabe olan bəzi radikal qruplaşmalar, xüsusilə də “Türküstan İslam Partiyası” İdlib əyaləti ərazisində 3 cəbhədə ordunun mövqelərinə hücuma keçiblər. Hücumlarının hamısının qarşısı alınıb.

Radikal qruplaşmalar çoxlu canlı itkilərlə üzləşiblər. Suriya ordusu bu hücumlar zamanı 8 əsgərini itirib və 20-ə yaxın əsgər yaralanıb.