Tonlarla ot bağlaması yandı

23 Yanvar 2020 09:57 (UTC+04:00)

Göygöl rayonunun Zurnabad kəndində həyətyanı sahədə 7 ton ot bağlamasının 4 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.