"Bu şəhərdə"nin konsertinə icazə verilmədi

23 Yanvar 2020 10:15 (UTC+04:00)

"Bu şəhərdə" komandasının Sumqayıtda planlaşdırılan konserti təxirə salınıb. SİA-nın məlumatına görə, bu haqda komandanın prodüseri Müşviq Abbasov məlumat yayıb. O bildirib ki, sənətçilərə çıxış üçün icazə verilməyib: "Martın 1-i və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda icazə vermədilər".

Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdur.