ABŞ-ın Kaliforniya ştatında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb

23 Yanvar 2020 08:05 (UTC+04:00)
ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün "Twitter"dəki səhifəsində məlumat yayıb. Qeyd edilib ki, qəzaya səbəb təyyarənin reaktiv yanacağının alovlanması olub.