Əliabbas Salahzadə Sabunçu qəsəbə sakinləri ilə növbəti görüşü keçirilib - FOTOLAR

22 Yanvar 2020 18:50 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliabbas Salahzadənin təşviqatı ilə əlaqədar Sabunçu seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən Əliabbas Salahzadənin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. M.Abasquliyeva çıxışı zamanı qeyd edib ki, partiyanın rayon təşkilatı həmişə ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: "Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı partiyanın "Daha güclü Azərbaycan naminə!" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Sabunçuda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir və bu seçkidə də mütləq səs çoxluğu ilə YAP namizədləri qələbə qazanacaqlar.

Deputatlığa namizəd Əliabbas Salahzadə görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Əliabbas Salahzadə seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını və seçicilərin etimadını doğrultmağa çalışacağını söyləyib.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavinləri Məhərrəm Mehrəliyev, Bəxtiyar Qasımov seçiciləri 9 fevralda keçiriləcək parlament seçkiləri zamanı hamılıqla YAP-nın namizədlərinə səs verməyə çağırıblar.

R.KAMALQIZI