Zelenski və Putin İsraildə görüşəcək?

22 Yanvar 2020 20:04 (UTC+04:00)

Rəsmi Kiyev Holokost anımı forumu çərçivəsində İsrailə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməsini istəyib. RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib. "Onlara söylədim ki, prezidentin proqramı çox zəngindir. Ayrıca görüş olsa belə, yalnız ayaqüstü və çox qısa olacaq. Ayrıca görüşə fiziki olaraq vaxt qalmayacaq”, - o deyib.

Eyni zamanda o, heç kimin V.Zelenskinin istəyini geri çevirmədiyini qeyd edib.