Artıq 324 nəfər koronavirusa yoluxub

22 Yanvar 2020 17:28 (UTC+04:00)

Çində yeni növ koronavirus xəstəliyinə yoluxanların sayı 320 nəfəri keçib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə dövlət sağlamlıq komitəsinin açıqlamasında məlumat verilir.
Məlumata görə, yanvarın 22-də saat 07: 00-a olan informasiyaya əsasən ölkənin 14 əyalətində 324 yoluxma hadisəsi qeydə alınıb.
Artıq altı nəfər həyatını itirib.