Polis gözyaşardıcı qazdan istifadə edib

22 Yanvar 2020 17:12 (UTC+04:00)

Beyrutun mərkəzindəki nümayişçiləri dağıtmaq üçün polis parlamentin tapşırığı ilə gözyaşardıcı qaz bombalarından istifadə edib. SİA RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə mühafizə ilə mütəmadi olaraq toqquşmalarda olan nümayiş iştirakçısı məlumat verib.

Məlumata görə, Livan paytaxtında yeni hökumətə qarşı kütləvi nümayiş zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

"Polis bizi qovmaq üçün gözyaşardıcı qaz və bibər qazından istifadə etməyə başlayıb. Ancaq biz onların kordonlarından keçib parlament binasına girəcəyik. Bu, bizim haqqımızdır. Baş nazir Həsən Diyabın höküməti keçməz", deyə nümayişçi xəbər verib.

Hökümət əleyhinə etirazçılar Beyrutda və bir sıra digər şəhərlərdə, eləcə də bir sıra vacib magistrallarda yolları bağlayıblar. Tripoli şəhərində də mərkəzi meydanda kütləvi mitinq keçirilir və yerli mediada polislə yerli qarşıdurmalar barədə məlumatlar verilir.