“Qəbələ”nin sonuncu yoxlama oyunundakı rəqibi dəyişib

22 Yanvar 2020 16:37 (UTC+04:00)

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” futbol klubunun Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.

SİA-nın məlumatına görə, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı dördüncü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək. Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın ikinci liqa təmsilçisi olacaq.

Xatırladaq ki, Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komandamız yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.