“Neftçi” klubu yeni mütəxəssislə müqavilə imzalayıb

22 Yanvar 2020 16:23 (UTC+04:00)

Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.

SİA-nın məlumatına görə, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək.

Otuz dörd yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.