Avstraliyada zəhərli hörümçək xəbərdarlığı -FOTOLAR

22 Yanvar 2020 16:21 (UTC+04:00)

Aylardır nəzarət altına alına bilməyən yanğınlardan sonra toz fırtınası, dolu və selin meydana gəldiyi Avstraliyada indi zəhərli hörümçək çaxnaşması başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Yerli KİV-lərin məlumatına görə, Avstraliyanın Sürünən Parkı nəm və istiliyin, huni yuvasına hörümçəklərin “səpilməsi” üçün əlverişli şərait yaratdığını açıqlayıb.


Park Cənubi Cənubi Uelsin Nyukasl bölgəsində hörümçəklərin son günlərdə sayının artdığından can qurtaran bir antidot proqramı üçün parka gətirilməsini istənib.


Bu hörümçək növü 24 saat suda yaşaya bilir, buna görə yerlilərdən hovuzlara girmədən əvvəl suyu yoxlamaları istənib.
Huni yuvalı hörümçəklər tərəfindən dişlənən şəxsin 10 dəqiqə ərzində ölə biləcəyi təxmin edilir.

Avstraliyada aylarla idarə edilə bilməyən yanğınlardan sonra toz fırtınaları, dolu və sel fəlakətləri həftə ərzində davam edib.


Toz fırtınası Dubbo, Broken Hll, Nyngan və Parkes şəhərlərində meydana gəlib, Canberra və Melbourne doluya, Brsbane və Queensland əyalətlərinin bir hissəsi fırtınaya təslim olub.
Xatırladaq ki, sentyabr ayından bəri 10.3 milyon hektardan çox ərazisi olan, əsasən də Yen Cənubi Uels əyalətində nəzarətsiz yanğınlar səbəbiylə Avstraliyada 28 nəfər həyatını itirib, 2600-dən çox ev yanaraq kül olub.


ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) Goddard Kosmik Uçuş Mərkəzinin verdiyi açıqlamada, aylardır meşələrdə və çəmənliklərdə aktiv olan, bəzən yaşayış məntəqələrinə qədər gəlib çıxan yanğınlar nəticəsində Avstraliyada yaranan tüstünün ən azı bir dəfə Yer kürəsini gəzəcəyi gözlənilir.


Vəhşi Təbiəti Qoruma Fondu (WWF) Avstraliyada aylarla davam edən yanğınlarda birbaşa və ya dolayı yolla 1,25 milyard heyvanın öldüyünü təxmin edilib. Heyvanların əksəriyyəti məhv olur Sürünənlər arasında koala və kenqurular kimi heyvanların da olduğu bildirilir.