"Səbail" klubu yeni futbolçu transfer edib

22 Yanvar 2020 16:10 (UTC+04:00)

"Səbail" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

SİA-nın məlumatına görə, komanda Peyman Keşavarzı heyətinə qatıb. 24 yaşlı cənubi azərbaycanlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" klubu 2019-cu ilin əvvəlində Peyman Keşavarz ilə müqavilə imzalayıb. Lakin oyunçu həmin mövsüm artıq iki klubda çıxış etdiyindən müqavilə ləğv edilib. Keşavarz İran Premyer Liqasında çıxış edən "Traktor"un yetirməsidir.