Suriyaya edilən hücümlarda 3 nəfər həyatını itirib

22 Yanvar 2020 15:58 (UTC+04:00)

Suriyadakı Rusiya qırıcı təyyarələri səhər saatlarından etibarən İdlibin Marratünnuman, Keferruma və Serce ərzilərinə hücumlar ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mülki Müdafiə mənbələrindən verilən məlumata görə, Tel Mennis və Etarib rayonundakı çadır düşərgəsinə edilən hava hücumunda 3 mülki şəxs həyatını itirib.

Bildirək ki, Mülki Müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirirlər. Rus döyüş təyyarələrinin dünən İdlib və Hələb çöllərində təşkil etdiyi hava zərbələri nəticəsində 26 mülki şəxs həyatını itirib.