"Əminəm ki, parlament seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edəcək" Akkan Suver

22 Yanvar 2020 14:34 (UTC+04:00)

“Əminəm ki, Azərbaycanda fevralın 9–da keçiriləcək parlament seçkiləri xalqın iradəsini ifadə edəcək. Bu seçkilər müasir Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyəcək”. SİA-nın xəbərinə görə, bu sözləri secki-2020.az saytına açıqlamasında Mərmərə Vəqfinin sədri Akkan Suver bildirib.

Müstəqillik illərində Azərbaycanın bütün sahələrdə ciddi nailiyyətlər əldə etdiyini vurğulayan Akkan Suver deyib ki, Azərbaycan bu uğurlarla bütün dünyada demokratik ölkə kimi mövqelərini möhkəmləndirib.

Parlament seçkilərini Türkiyədən olan müşahidəçi qismində izləyəcəyini vurğulayan Vəqf sədri əminliklə bildirib ki, bu seçkilər siyasi-iqtisadi sahədə böyük uğurlara imza atmış Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq.