Deputatlığa namizəd Kamilə Əliyevanın seçicilərlə görüşləri keçirilib

22 Yanvar 2020 13:59 (UTC+04:00)

Fevral 9-da keçiriləcək Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Kamilə Əliyevanın Zaqatalanın Mazıx və Balakənin Hənifə kəndlərində seçicilərlə görüşləri keçirilib. Bundan əlavə Kamilə Əliyevanın Zaqatala şəhər seçiciləri ilə də fərdi görüşləri olmuşdur.

Görüşlər zamanı deputatlığa namizəd Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində gördüyü işlər haqqında seçicilərə geniş məlumat vermiş, aparılan uğurlu, məqsədyönlü siyasətin nəticələrini seçicilərin nəzərinə çatdırmışdır. Son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məhz cənab Prezidentin apardığı islahatlar nəticəsində mümkünlüyü vurğulanmışdır.

Kamilə Əliyeva seçki platforması haqqında, eləcə də 9 il ərzində gördüyü işlərin hesabatını seçicilərin diqqətinə çatdırmışdır. O, “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədinə səs verməyə seçiciləri dəvət etmişdir.

Sonda seçicilər çıxışları zamanı öz razılıqlarını bildirərək namizədi dəstəkləmişlər.