İntizam Komitəsinin qərarları

22 Yanvar 2020 12:27 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin yeni qərarları açıqlanıb. SİA-nın məlumatına görə, 21 dekabr 2019-cu il, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün “Gənclik UFK” komandasına texniki məğlubiyyət verilir və hesab olduğu kimi saxlanılır (6-0) (maddə 50.2).

19 yanvar 2020-ci il, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5) (maddə 50). Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Oyunun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının oyunçusu Fatih Demirdagın hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3). Oyunun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının oyunçusu Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
19 yanvar 2020-ci il, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “U-19” – “Gənclik İK” arasında cavab oyununun 15-ci dəqiqə 29-cu saniyəsində “U-19” komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Oyununun 19-cu dəqiqə 58-ci saniyəsində “U-19” komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
18 yanvar 2020-ci il, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununun 21-ci dəqiqə 52-ci saniyəsində “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
26 dekabr 2019-cu il, U-16 liqasının “Xilə” – “Mil-Muğan oyununun 58-ci dəqiqəsində “Mil-Muğan” komandasının oyunçusu Saleh Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 47).