"Aİ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq" Kestutis Yankauskas

22 Yanvar 2020 11:07 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir. SİA-nın verdiyi məlumata görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq.

Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini deyən K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran dövlətlərdir. Aİ, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir".