“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib

22 Yanvar 2020 11:07 (UTC+04:00)

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş növbəti dəfə nümayiş edilib. SİA-nın məlumatına görə, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.

Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.