İçərişəhər Ənənəvi İncəsənət Mərkəzindən örnək addım

22 Yanvar 2020 12:02 (UTC+04:00)

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində keçirilən dulusçuluq kurslarında iştirakçılar gildən müxtəlif formaların hazırlanmasını öyrənirlər. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya bildirilib ki, dərsdə iştirakçılara materialın xüsusiyyətləri, formalar və məhsul hazırlanmasının texniki mərhələləri barədə məlumat verilir. Hər bir dərs iki saat müddətində davam edir.

Sonda hazırlanan məhsul dulus sobasında bişirilir və iştirakçıya təhvil verilir.