Salyanda yanğın baş verib

22 Yanvar 2020 10:48 (UTC+04:00)

Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 10 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.