Tapança ilə oynadı və başından güllə yarası aldı FOTOLAR

22 Yanvar 2020 10:45 (UTC+04:00)

Türkiyənin Adana şəhərində bir nəfər tapançası ilə oynayarkən özünü başından vuraraq təsadüfən yaralayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə marketlərin birinin qarşısında baş verib. Səlahəddin Bayram bacısı ilə birlikdə öz ərazaq mağazasında olarkən bayram tapançası ilə oynamağa başlayıb.

Bayramın bacısını qorxutmaq istədiyi zaman özünü vurduğu iddia edilir. Hadisə yerinə gələn təcili yardım Bayramı Adana Şəhər Xəstəxanasına aparıb. Bayramın vəziyyətinin ağır olduğu öyrənilib.

Polis Səlahəddin Bayramın bacısının ifadəsini almaq üçün onu polis bölməsinə aparıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.