Fici sahillərində 5,5 bal gücündə zəlzələ olub Dağıntılar və zərərçəkənlərin olduğu bilinmir

22 Yanvar 2020 10:22 (UTC+04:00)

Seysmoloqlar Fici sahillərində 5,5 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentrinin Lautoka şəhərindən 129 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Bundan əvvəl Kamçatka yarımadasının şərq sahillərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.