“Azeri Light” markalı neft 68,24 dollara satılır

22 Yanvar 2020 10:13 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar geriləyərək 68,24 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.