Xızıda itkin düşən ana və 3 övladı tapılıb

22 Yanvar 2020 10:09 (UTC+04:00)

Xızı rayonunda itkin düşən ana və 3 övladı tapılıb. Rayon Polis Şöbəsindən SİA-nın verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birlikdə Bakı şəhərində aşkar olunaraq şöbəyə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.

Ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.