Rəşad Sadıqov yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb

22 Yanvar 2020 05:09 (UTC+04:00)
Millimizin sabiq kapitanı Rəşad Sadıqov yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb. SİA xəbər verir ki, "Qarabağ"ın futbolçusunun "Kayserispor"un yeni çalışdırıcısı ilə görüşü Antalyada təlim-məşq toplanışı zamanı gerçəkləşib. Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb. Həmin vaxt R.Sadıqov yığmamızın kapitanı olub..