London derbisində məhsuldar heç-heçə, MS-dən qələbə

22 Yanvar 2020 03:06 (UTC+04:00)

İngiltərə Premyer Liqasının 24-cü turuna start verilib.

SİA xəbər verir ki, turun mərkəzi qarşılaşması iki iddialı klublar - “Çelsi” və “Arsenal” komandaları arasında oynanılıb.

“Stenford Bric” stadionunda baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. London derbisində hesabı ilk hissədə meydan sahibləri açıb. Matçın 26-ci dəqiqəsində Jorjinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Birinci hissənin əvvəlində “Arsenal”ın müdafiəçisi David Luiz birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. “Arsenal” azlıqda olsa da, fasilədən sonra hesabı bərabərləşdirə bilib. Oyunun 63-cü dəqiqəsində Martinelli hesaba tarazlıq gətirib.

Qarşılaşmanın başa çatmasına altı dəqiqə qalmış “Çelsi” yenindən hesabda önə keçib. Sezar Aspilikueta adını tabloya yazdırıb. Bu da oyunda son qol olmayıb. Matçın 88-ci dəqiqəsində “Arsenal”ın ispaniyalı müdafiəçisi Ektor Bellerin fərqlənərək komandasını məğlubiyyətdən xilas edib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Günün növbəti oyunu son çempion “Mançester Siti” və “Şeffild Yunayted” klubun arasında baş tutub. Görüş Mançester təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Aquera olub.

İngiltərə Premyer Liqası

24-cü tur

21 yanvar

Aston Villa – Uotford 2:1

Qol: D.Luis, 68. Konsa, 90+5 – Dini, 38.

Bornmut – Brayton 3:1

Qol: Uilson, 36; 74. Qross, 41-öz qapısına – Muy, 81.

Kristal Pelas – Sauthempton 0:2

Qol: Redmond, 22. Armstronq, 48.

Everton – Nyukasl 2:2

Qol: Kin, 30. Levin, 54 – Lejen, 90+4; 90+5.

Şeffild Yunayted – Mançester Siti 0:1

Qol: Aquero, 73.

Çelsi – Arsenal 2:2

Qol: Jorjinyo, 28-pen. Aspilikueta, 84 – Martinelli, 63. Belyerin, 87.

22 yanvar

23:30 Lester – Vest Hem

23:30 Tottenhem – Norviç

00:15 Mançester Yunayted – Bernli

23 yanvar

00:00 Vulverhempton – Liverpul