ABŞ hökuməti 15 Venesuela təyyarəsini də sanksiyalar siyahısına salıb

22 Yanvar 2020 02:27 (UTC+04:00)

ABŞ hökuməti 15 təyyarəni də siyahıya salmaqla, Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib.

SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Söhbət kiçikhəcmli təyyarələrdən, o cümlədən "Learjet 45", "Beechcraft 1900D", "Falcon 900" və "Falcon 200" tipli biznes-jetlərdən gedir.