“Trabzonspor”un yeni baş məşqçisi təsdiqlənib

22 Yanvar 2020 00:08 (UTC+04:00)

“Trabzonspor”un yeni baş məşqçisi təsdiqlənib.

SİA klubun saytına istinadən xəbər verir ki, "bordo-mavililər"i Hüseyn Çimşir çalışdıracaq. Qaradəniz təmsilçisi 40 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Hüseyn Çimşir keçmiş baş məşqçi Ünal Karamanın köməkçisi idi. O, Karamanın istefaya göndərilməsindən sonra baş məşqçi vəzivəsini icra edirdi.