95 nəfər namizədliyini geri götürüb - AÇIQLAMA

21 Yanvar 2020 17:13 (UTC+04:00)

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində namizədliyini geri götürənlərin sayı açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb. Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib və 1542 nəfərin namizədliyi qeydə alınıb.