1542 nəfərin namizədliyi qeydə alınıb

21 Yanvar 2020 17:01 (UTC+04:00)

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı açıqlanıb. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, 1542 nəfərin namizədliyi qeydə alınıb. Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.