Davosdakı təşəbbüsə Tramp da qoşuldu

21 Yanvar 2020 16:20 (UTC+04:00)

ABŞ bir trilyon ağac əkmə təşəbbüsünə qoşulacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trump Davosda, Dünya İqtisadi Forumunda çıxış edərkən söyləyib.

"Bu gün mən Dünya İqtisadi Forumunda, burada başladılan Trilyon ağac əkilməsi təşəbbüsünə ABŞ-ın da qoşulacağını bildirməkdən məmnunam", deyə Birləşmiş Ştatlar prezidenti bəyan edib.

Xatırladırıq ki, bundan əvvəl forumun qurucusu Klaus Şvab, 2030-cu ilə qədər dünyada bir trilyon ağac əkmək məqsədini açıqlayıb.