Kikboksinq üzrə “Xocalı kuboku” turniri keçiriləcək

21 Yanvar 2020 16:09 (UTC+04:00)

Yanvarın 24-də Bakı İdman Sarayında kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turniri start götürəcək. SİA-nın məlumatına görə, “Xocalıya ədalət!” devizi altında təşkil olunacaq turnirdə yeniyetmələr, gənclər və kadetlər mübarizə aparacaqlar.

Azərbaycan Kikboksinq Federasiyası və “Xocalı” idman klubunun təşkilatçılığı ilə keçiriləcək turnir 3 gün davam edəcək.