Tramp danışıqların vaxtını açıqladı

21 Yanvar 2020 16:11 (UTC+04:00)

ABŞ-la Çin arasında sazişin ikinci mərhələsi ilə bağlı danışıqların vaxtı barədə bildirilib və qeyd olunub ki, danışıqlar tezliklə başlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump Davosda Dünya İqtisadi Forumunda çıxış edərkən söyləyib.

"Biz yaxın vaxtlarda danışıqlara başlayacağıq" deyən Trump Çin ilə ticarət sazişinin ikinci mərhələsi barədə qeyd edib: "Çin ilə tariflərimizin əksəriyyəti danışıqların ikinci mərhələsində dəyişməz qalacaq".

Xatırladırıq ki, ötən həftə ABŞ və Çin ticarət müqaviləsi çərçivəsində ilk sənəd paketi imzalanıb. Pekin növbəti iki ildə bir sıra ABŞ mal və xidmətlərinin alışını 200 milyard dollara qədər artırmaq barədə razılığa gəlib. ABŞ Çin ilə yüz milyardlarla dollar dəyərində olan ticarətdəki bir balanssızlığı "vicdanlı" bir məxrəcə gətirəcəyini gözləyir. Bundan əlavə, Çin müəllif hüquqlarının qorunmasını artıracağını və öz bazarına çıxış imkanlarını genişləndirəcəyini vəd edib.