İdlibə növbəti hücum 12 mülki şəxs həyatını itirib

21 Yanvar 2020 16:07 (UTC+04:00)

Rusiya qırıcı təyyarələrinin İdlibin yaşayış məntəqələrinə etdiyi hücumlarda 7-si uşaq olmaqla, 12 mülki şəxs həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya döyüş təyyarələri səhər saatlarında İdlibin bir sıra kəndlərinə hücumlar ediblər.

Bildirək ki, Mülki Müdafiə mənbələrindən verilən məlumata görə, İdlibin Bara kəndində 2 nəfər, Kefer Teal kəndində bir ailədən 6-sı uşaq olmaqla, 9 mülki vətəndaş həyatını itirib.