FIFA dərəcəli hakimlərə emblem təqdim olunub

21 Yanvar 2020 15:58 (UTC+04:00)

2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub. SİA-nın məlumatına görə, təqdimetmə “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.