İraqda etirazçılar yolları bağladılar

21 Yanvar 2020 15:46 (UTC+04:00)

İraqdakı hökumət əleyhinə etirazçılar paytaxt Bağdad da daxil olmaqla, ölkənin 18 vilayətinin 9-da yollar bağlanıb və etirazçılar yolları bağlamağa davam edirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqda hökumət əleyhinə nümayişlərdə 2 nəfər həyatını itirib.

Bildirək ki, paytaxtın mərkəzini birləşdirən magistral yolu və körpüləri bağlayan fəallar nəqliyyat vasitələrinin buradan keçməsinə imkan vermirlər.Təhlükəsizlik qüvvələri etirazçılara gözyaşardıcı qaz və silahlarla müdaxilə etməyə davam edirlər.