Musiqi məktəbində ədəbi-bədii gecə təşkil edilib

21 Yanvar 2020 15:42 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində 20 Yanvar şəhidlərinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. İdarədən SİA-ya bildirilib ki, əvvəlcə məktəbin müəllimi Vüsalə Məmmədova çıxış edərək faciədən 30 il keçməsinə baxmayaraq, bu gün də həmin hadisələrin xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu söyləyib. Qeyd edib ki, 20 Yanvar hadisələrini gənclərə təbliğ etmək hər bir azərbaycanlının ən mühüm vəzifəsi olmalıdır.

Tədbirdə şagirdlərin ifasında görkəmli bəstəkarlardan V.Adıgözəlovun, E.Nəzirovanın, T.Bakıxanovun, H.Xanməmmədovun, A.Mirzəyevin və digərlərinin əsərləri səsləndirilib.