Meyxanaçı: "Özünü evin pəncərəsindən asıb" VİDEO

21 Yanvar 2020 14:04 (UTC+04:00)

Meyxanaçı Ələkbər Yasamallı verilişlərin birində bacısı oğlu Şamxalın intiharı ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, mərhum özünü pəncərədən asıb: "Evdə yatmışdım, qışqırığa durdum. Gördüm artıq hadisə olub. Şamxal mənə böyük bir dərt, müəmmalı ölüm qoydu getdi. Hansısa ailədə intihar görəndə, ürək ağrısı ilə qarşılayırdım. Öz balamda olandan sonra gördüm ki, kifayət qədər ürək ağrısı ilə qarşılamamışam.

Şamxal səhər 5-ə işləmiş mənim yanımdan getdi. Nənəsini yuxudan oyadıb ki, namaz qılsın. Anamla eyni həyətdə yaşayırıq. Anam deyir ki, namaz qıldım, yatdım. Amma Şamxal yatmadı. Sonra anam yuxudan oyanıb, çay qoyub. Gəlib görüb ki, pəncərədən baxır. Şamxalı çağırıb. Anam görüb ki, reaksiya vermir. Gəlib ki, özünü pəncərənin dəmirindən asıb. Anam həmin evdə bundan sonra necə yaşayacaq bilmirəm".

Qeyd edək ki, 1999-cu il təvəlüddlü Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdən özünü asıb.